|
|
|
|

Dünən axşam saatlarında Kaliforniya körfəzində 6 bal gücündə zəlzələ baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Zəlzələnin episentri 256 min əhalisi olan Meksikanın Los-Moçis şəhərindən 108 km cənub-şərqdə, 10 km dərinlikdə yerləşib.
Dağıntılar və insan itkisi barədə bilgi yoxdur. Sunami təhlükəsi elan olunmayıb.
L.Tağıyeva



