
Avropa Komissiyası (AK) 90 milyard avroluq dəstək krediti çərçivəsində PUA-ların alınması üçün Ukraynaya 3,9 milyard avroluq vəsit ayırdığını elan edib.
525.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen bildirib.
"Bu gün biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün qabaqcıl dron texnologiyası alınmasına 3,9 milyard avroluq ilk tranşı ayırırıq. Vəsaitin qalan hissəsi yaxın günlərdə köçürüləcək”, - o deyib.
Bu ödəniş Komissiyanın 25 iyunda açıqlanan Ukrayna üçün xüsusi makromaliyyə yardım proqramı çərçivəsində 3,2 milyard avroluq ilk tranşın köçürülməsindən sonra həyata keçirilir.
Pərvanə Sultanova



