|
|
|
|

Sertifikasiyanın hər iki cəhdində uğur qazana bilməyən 9 334 müəllimin əmək müqaviləsinə xitam verilib.
525.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim – keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə deyib.
Nazirin sözlərinə görə, ümumilikdə 91 407 müəllim sertifikatlaşdırma prosesində uğur qazanıb.
O bildirib ki, sertifikatlaşdırmanın nəticələrinə əsasən 60 818 müəllimin əməkhaqqına 10 faiz, 30 590 müəllimin əməkhaqqına isə 35 faiz əlavə olunub.



