|
|
|
|

Bu gün Yasamal və Nizami rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azərişıq"dan 525.az-a verilən məlumata görə, iyunun 30-da Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Həsən bəy Zərdabi prospekti, Əsəd Əhmədov, Abbas Mirzə Şərifzadə küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.
Məlumata görə, həmin tarixdə Nizami RETSİ ərazisində yerləşən TM-lərdə icra olunacaq təmir-təftiş işləri ilə əlaqədar fasilə saat 10:00-dan 13:00-dək Nizami Abdullayev küçəsini əhatə edəcək.
"Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin ediləcək", - məlumatda qeyd olunur.



