https://525.az/img/pics/medium/2026-07/398166_bdmsf7xtk5.jpg Jurnalist kimdir?
https://525.az/img/pics/medium/2026-07/398150_z6oou6uzi6.jpg Mavi ekranlardan Milli Mətbuat Gününə baxış...
https://525.az/img/pics/medium/2026-07/398119_pfqy89o89q.jpg Milli Mətbuat Gününə oxucu təbriki
https://525.az/img/pics/medium/2026-06/394078_x5krpk1unm.jpg "Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
search
22 İyul 2026

"Şəfa"dan 12-ci transfer

"Şəfa"dan 12-ci transfer

"Şəfa” klubu daha bir transferini reallaşdırıb.

525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qvineyalı vinger Bafode Dansoko ilə 1 illik müqavilə imzalanıb.

30 yaşlı futbolçu son olaraq İsveçrə təmsilçisi “Vintertur”da çıxış edib. Karyerası ərzində o, Belçikanın “Patro Eysden”, “KMSK Deynze”, “La Luvyer”, Fransanın “Vol-an-Velen” və “Vaskal” klublarının da formasını geyinib.

Qeyd edək ki, "Şəfa" bu yay Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya), Andrey Fernando Draqu ("Unirea Sloboziya”​​​​​​, Rumıniya), Musa Queli ("Tikves", Şimali Makedoniya), Fərid Yusifli ("Turan Tovuz"), Maudo Lamin Jarjue, və Treyvon Fulleri də heyətinə cəlb edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.