|
|
|
|

ABŞ Çinlə dialoqun tərəfdarıdır, çünki Vaşinqton və Pekin arasında hər hansı bir qarşıdurma bütün dünya üçün qlobal nəticələrə səbəb olacaq.
525.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bildirib.
"ABŞ və Çin arasında iqtisadi və ya digər münaqişənin ciddi qlobal nəticələrə səbəb olacağı aydındır. Buna görə də, xarici siyasət və geosiyasətin çətin vəzifəsi fikir ayrılıqlarını idarə etmək və milli maraqlarımıza zidd olan heç bir şey etməmək, eyni zamanda dünya üçün həqiqətən fəlakətli bir şeyə səbəb ola biləcək münaqişələrdən qaçmağa çalışmaqdır", - o, Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) Xarici İşlər Nazirlərinin 59-cu Konfransında deyib.
Pərvanə Sultanova



