
Hindistanın Sıqqım əyalətində hidroelektrik stansiyası layihəsinin bir hissəsi olaraq tikilən tuneldə partlayış baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, partlayışın təbii qaz sızmasından qaynaqlandığı güman edilir.
Partlayış nəticəsində 9 nəfər ölüb, 15-dən çox insan isə tuneldə qapalı vəziyyətdə qalıb. Hazırda xilasetmə qrupları içəridə qalan şəxsləri qurtarmağa çalışırlar.
İbrahim Cəfərov



