https://525.az/img/pics/medium/2026-06/394078_x5krpk1unm.jpg "Peşəkar jurnalistika tarazlığı qoruyub saxlayacaq" - Mətbuat Şurasının sədri
https://525.az/img/pics/medium/2026-07/398062_88peew5rr3.jpg “Uzaq xatirələr ayıldar səsin...” - Flora Kərimova - 85
https://525.az/img/pics/medium/2026-06/394430_87zujml30s.jpg Səssiz inqilabın səsi niyə gecikir? - Milli Mətbuat Günü qeydləri
https://525.az/img/pics/medium/2026-07/398014_y6j30w9dx4.jpg Azərbaycan əhalisinin sayı 0,1 faiz artıb
search
21 İyul 2026

Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi

Belarus klubu yeni transferini İçərişəhərdə təqdim etdi

Belarusun BATE klubu heyətini yeni futbolçu ilə gücləndirib.

525.az xəbər verir ki, Borisov təmsilçisi Belarus millisinin sabiq üzvü Yuri Kovalyovu transfer edib.

33 yaşlı yarımmüdafiəçi ilə müqavilə imzalanıb. 

Qeyd edək ki, BATE Kovalyovu sosial şəbəkə hesabları vasitəsi ilə Bakıdan - İçərişəhərdən təqdim edib. Bu zaman məşhur "Brilliant əl" sovet filmi təqlid olunub.

Borisov təmsilçisi İsveçrənin "Sion" komandası ilə oyununu iyulun 23-də Sumqayıtdakı Mehdi Hüseynzadə adına stadionda keçirəcək.

Xatırladaq ki, UEFA Ukraynadakı müharibə ilə əlaqədar 2022-ci ilin fevralından etibarən Belarus komandalarına beynəlxalq oyunları evdə keçirməyi qadağan edib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.