
“"Kraudfandinq haqqında" qanun iqtisadi fəaliyyət subyektlərinə, xüsusilə də startaplara, mikro, kiçik və orta sahibkarlara onların biznes aktivliyinin artırılması məqsədilə informasiya ehtiyatlarından, sistemlərindən və maliyyələşmədə iştirak edən investorların hüquqlarının müdafiəsini təmin etməkdir. Bu mexanizm sayəsində startaplar və kiçik bizneslər alternativ maliyyə mənbəyinə çıxış əldə edəcək. Eyni zamanda, vətəndaşlar da kiçik yığımlarını investisiyaya çevirə biləcəklər. Burada söhbət ianədən getmir. İnsanlar maliyyələşdirdikləri biznesdə pay sahibi olacaq və layihə uğurlu olarsa, gəlir əldə edəcəklər».
Bunu 525.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. Ekspertin sözlərinə görə, bu qanun investorların hüquqlarının qorunmasına da xidmət edəcək:
"İndiyədək insanlar qeyri-rəsmi şəkildə hansısa layihəyə vəsait yatıranda hüquqi təminatlar zəif idi. Yeni qanun bu münasibətləri hüquqi çərçivəyə salacaq, investorların hüquqlarının qorunmasına və pozulduğu halda bərpasına imkan yaradacaq".
Sevinc Qarayeva



