
Yanvar-iyun aylarında Bakı–Tbilisi–Ceyhan (BTC) neft ixrac kəməri ilə nəql olunan neft 8,8 faiz azalaraq 12 milyon 702,3 min ton təşkil edib.
525.az-a Dövlət Statistika Komitəsindən bildirilib ki, nəqletmənin 76,9 faizi Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri ilə həyata keçirilib.
Dövr ərzində BTC kəməri ilə nəql edilmiş neftin 82,3 faizini (10 milyon 453,9 min ton) Azərbaycanda hasil edilən neft, 17,7 faizini (2248,4 min ton) isə Türkmənistan və Qazaxıstandan daxil olan neft təşkil edib.



