|
|
|
|

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən "ASAN xidmət" mərkəzi vasitəsilə sahibkarlara əczaçılıq, baytarlıq, tikinti və digər fəaliyyət növləri üzrə ümumilikdə 25 lisenziya verilib.
525.az-a nazirliyin mətbuat xidmətindən bildirilib ki, verilmiş lisenziyaların sayı ötən ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
Cari ilin 6 ayı ərzində Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarının verdiyi 3258 icazə reyestrdə qeydiyyata alınıb, verilmiş icazələr əsasında dövlət büdcəsinə 77,2 min manat vəsait daxil olub.



