
"İbtidai sinif şagirdi üçün repetitor dəstəyi əksər hallarda zəruri deyil. Bu mərhələdə ən əsas məsələ uşağın məktəbə adaptasiyası, dərs mühitinə sevgi ilə bağlanması və öz gücünə inanmağıdır. Əgər valideyn evdə övladına zaman ayırıb sadəcə dərsliklərdəki tapşırıqları birlikdə gözdən keçirsə, oxuma-yazmada kiçik dəstək göstərsə, bu, çox zaman kifayət edir”.
Bunu təhsil eksperti Əmrah Həsənli 525.az-a bildirib. Ekspertin sözləriə görə, uşağın tədris yükü artırılmamalı, əksinə, məktəbdə öyrəndiklərini möhkəmləndirməsi üçün oyunlar, sadə məşğələlər və motivasiyaedici yanaşmalar tətbiq edilməlidir:
“Yalnız xüsusi hallarda məsələn, uşağın öyrənmə çətinliyi varsa, diqqət problemləri müşahidə olunursa və ya valideynin bilik və vaxt imkanları qətiyyən yetmirsə repetitor dəstəyi müəyyən qədər faydalı ola bilər. Amma bunun da mütləq alternativi var: məktəb müəllimi ilə sıx əməkdaşlıq. Təəssüf ki, valideynlərin bir qismi məktəbin imkanlarını kənara qoyaraq birbaşa repetitora yönəlir. Halbuki ilk müraciət olunmalı ünvan məhz övladın sinif müəllimi olmalıdır”.
Sevinc Qarayeva



