|
|
|
|

"Artıq qəbul imtahanları geridə qaldı. Topladığınız balların seçmək istədiyiniz ixtisasa qəbul üçün yetərli olub olmayacağı hər birinizı hazırda ən çox düşündürən sualdır. Bu sual həm də valideynlərinizi narahat edir. Sizə və valideynlərinizə bu seçimdə yardım etmək məqsədilə UNEC sizlər üçün kalkulyator hazırladı".
Bunu Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru professor Ədalət Muradov deyib. Rektor qeyd edib ki, qrupu və ixtisasları seçməklə, toplanılan balı daxil etməklə universitetə qəbul olmaq ehtimalını hesablamaq mümkündür:
"Əsas məsələ doğru seçim etməkdədir. Bir insanı digərindən fərqləndirən də məhz onun seçimidir".
Sevinc Qarayeva



