|
|
|
|

“ABŞ prezidenti Donald Trampın İran infrastrukturuna zərbə endirməklə bağlı təhdidləri gerçəkləşərsə, ölkənin silahlı qüvvələri regiondakı Amerika hədəflərinə zərbə endirəcək”.
525.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) açıqlamasında deyilir.
"Əgər ABŞ prezidentinin İranın infrastrukturuna zərbə endirməklə bağlı son təhdidləri həyata keçirilərsə, İranın təmkinliliyi sayəsində toxunulmaz qalan hər şey - yəni bölgədəki bütün infrastruktur silahlı qüvvələrimizin güclü zərbələri ilə məhv ediləcək və onlardan heç bir iz qalmayacaq", - bəyanatda vurğulanıb.
Qeyd olunub ki, Hörmüz boğazı İran üçün qırmızı xəttdir və ölkə ABŞ-ın onun idarəçiliyinə müdaxiləsinə icazə verməyəcək.
Pərvanə Sultanova



