|
|
|
|

Bu ilin yanvar-iyun aylarında Naxçıvan Muxtar Respublikası xarici ölkələrlə 70,5 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Bu barədə 525.az-a Dövlət Statistika Komitəsindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrünə nisbətən 22,5 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 6,7 milyon ABŞ dolları ixracın, 63,8 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 14,4 %, idxal isə 23,4 % artıb.
Son nəticədə xarici ticarətdə 57,1 milyon ABŞ dolları mənfi saldo yaranıb. Bu isə illik müqayisədə 23,1 % çoxdur.



