|
|
|
|

“Latviya NATO-nun müvafiq qərarı olacağı təqdirdə öz ərazisində nüvə silahı yerləşdirməyə hazırdır”.
525.az xəbər verir ki, bu barədə Latviya prezidenti Edqars Rinkeviçs bildirib.
"Nüvə silahlarının yerləşdirilməsi milli maraqlar və ya NATO-nun kollektiv qərarı çərçivəsində qəbul olunarsa, bu, həyata keçiriləcək", –Rinkeviçs deyib.
Əlavə edib ki, NATO-nun nüvə çəkindirmə siyasəti müdafiə xarakteri daşıyır və Rusiyanın nüvə ritorikasından fərqlənir.
Prezident, həmçinin vurğulayıb ki, Litvadan fərqli olaraq, Latviya Konstitusiyasında ölkə ərazisində nüvə silahının yerləşdirilməsini qadağan edən hər hansı məhdudiyyət yoxdur.
Pərvanə Sultanova



