|
|
|
|

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Anar Bayramov iyulun 24-də Qobustan və Şamaxı rayon sakinlərini qəbul edəcək.
Bu barədə 525.az-a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, qəbul Qobustan Rayon Mərkəzi Xəstəxanasında keçiriləcək.
Vətəndaşlar [email protected] elektron ünvanına müraciət edə və ya "815" Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq qəbula yazıla bilər.



