|
|
|
|

Latviyanın mədəniyyət naziri Naurus Puntulis Latviya parlamentinin insan haqları və ictimai fəaliyyət komitəsinin iclasında sərt çıxışla yadda qalıb.
525.az xarici mətbuata istinadən xəbər verir ki, o, yerli KİV-də rus dilinin tamamilə ləğv olunmasını tələb edib.
Parlamentin hüquq şöbəsinin məlumatına görə, ölkə ərazisində fəaliyyət göstərən KİV-nin cəmi 2,5 faizi rus dilində yayımlanır. Nazir bunu azaldılmasının deyil, tamamilə ləğv olunmasının vacibliyini bildirib.
Yeri gəlmişkən, bu il yanvarın 1-dən etibarən Latviya məktəblərində rus dilinin ikinci xarici dil kimi tədrisi də dayandırılıb.
L.Tağıyeva



