|
|
|
|

Fransa millisinin baş məşqçisi Didye Deşam İspaniya millisi ilə yarımfinal matçından əvvəl maraqlı açıqlama ilə gündəmə gəlib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə tanınmış jurnalist Fabrisio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Deşam İspaniyanı cütün favoriti adlandırıb. "İspaniya bu oyunun favoritidir. Mən bu sözlərlə onlara təzyiq göstərmirəm. İspanlar çoxlu qol vururlar, qapılarından isə cəmi 1 top buraxıblar..." - deyə, Deşam bildirib.
Xatırladaq ki, dünya çempionatının ilkyarımfinal matçı bu gün 23.00-da start götürəcək. Dallasda keçiriləcək oyunda Fransa ilə İspaniya qarşılaşacaq. Digər yarımfinal görüşü sabah eyni vaxtda başlayacaq. Atlantada yerləşən "Mersedes-Benz" stadionunda Argentina və İngiltərə üz-üzə gələcək.
L.Tağıyeva



