https://525.az/img/pics/medium/2026-07/397274_w7e77cswgd.jpg Ötən yayın xatirələri
https://525.az/img/pics/medium/2026-07/397268_7m5b15l53s.jpg Yaddaşın və Haqqın yolu
https://525.az/img/pics/medium/2026-07/397221_iciabe885b.jpg Sabah Bakı, Sumqayıt və Abşeron üzrə pensiyalar ödəniləcək
https://525.az/img/pics/medium/2026-07/397171_1m726bcgru.jpg Tovuz döyüşləri: Zəfərin astanasında
search
14 İyul 2026
13 İyul 2026

Bayıl stadionunda yenidənqurma işləri davam edir

Bayıl stadionunda yenidənqurma işləri davam edir

Bayıl stadionunda yenidənqurma işləri davam edir. Stadionda “FIFA Quality Pro” sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir.

525.az xəbər verir ki, həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.

Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır. Bu istiqamət üzrə artıq cari ilin avqust ayında Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Sabahın ulduzları” turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.