|
|
|
|

Fransanın "Bezye" reqbi klubunun futbolçusu Lutsobo Makvedini dünyasını dəyişib.
525.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı futbolçu komandanın səhər məşqinə qatılıb və məşq zamanı onun vəziyyəti pisləşib. Lutsobo dərhal xəstəxanaya aparılıb. Lakin həkimlər onun həyatını xilas edə bilməyiblər.
Qeyd edək ki, Makvedini 2025-ci ilin yayından "Bezye"də oynayırdı.



