|
|
|
|

İspaniya millisi DÇ-2026-nın 1/4 finalında Belçikanı 2:1 hesabı ilə məğlub edib.
525.az “Opta”ya istinadən xəbər verir ki, bu qarşılaşma İspaniya yığmasının üzvü Lamin Yamal üçün əlamətdar olub.
Belə ki, ispan vinger dünya çempionatında 6-cı oyununu keçirib. Bu vaxta qədər 18 yaşında və daha gənc heç bir futbolçu mundiallarda bu sayda görüşdə forma geymək şansı qazanmayıb. Yamal 18 yaşda dünya çempionatında 6 matçda meydana çıxan ilk futbolçu olub.
Qeyd edək ki, Lamin Yamal DÇ-2026-da 6 matçda 1 qol vurub.



