https://525.az/img/pics/medium/2026-06/394226_54n3ftcuj7.jpg Azərbaycan Liderinə yüksək etimadın bariz nümunəsi
https://525.az/img/pics/medium/2026-07/396968_zjbniutojr.jpg Mundial gəldi gedərdi... -  İlqar Tağıyev yazır
https://525.az/img/pics/medium/2024-07/321468_ssdflpyuaa.jpg Həkim. Nazir. Vali. Şəhid - "Keçən keçdi, olan oldu" dastanından
https://525.az/img/pics/medium/2026-07/396952_eouiaodh2q.jpg "Bizə gərəksiz mühafizəkarlıq yox, cəsarətli mətnlər lazımdır"
search
10 İyul 2026

 Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub

 Zubir Azərbaycan klublarının UEFA Avropa Liqasında 300-cü qolunu vurub

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" ilə oyununda vurduğu qol yubileylə əlamətdar olub.

525.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. "Qarabağ"ın İslandiya klubu üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.