https://525.az/img/pics/medium/2026-07/396952_eouiaodh2q.jpg "Bizə gərəksiz mühafizəkarlıq yox, cəsarətli mətnlər lazımdır"
https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2026-01/378719_461ynt2qrd.jpg "Güclü rəqəmsal infrastruktur etibarlı kibermüdafiə sistemi ilə tamamlanmalıdır"
https://525.az/img/pics/medium/2026-07/396937_nuxygiivlc.jpg “525-ci qəzet”in 10 iyul sayında nələr var? - ANONS
search
10 İyul 2026
9 İyul 2026

Azərbaycanın UEFA reytinqində əmsalı artdı

Azərbaycanın UEFA reytinqində əmsalı artdı

"Qarabağ" Azərbaycanın UEFA ölkə reytinqində xal hesabını artırıb.

525.az xəbər verir ki, Ağdam təmsilçisi bunu ötən gün Avropa Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində "Vestri"yə qalib gəlməklə bacarıb. Komanda ölkə aktivinə 0.250 əmsal qatıb.

Hazırda Azərbaycan 19,312 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşır. 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var. Sıralamaya İngiltərə (101,852) liderlik edir.

Qeyd edək ki, ümumilikdə Azərbaycan klubları bu həftə 0.750 əmsal qazanıblar. Daha əvvəl Çempionlar Liqasında "Sabah" TNS-ə, Konfrans Liqasında isə "Zirə" "Torpedo"ya qalib gəlib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.