https://525.az/img/pics/medium/2024-11/334579_pgps7z3nkz.jpg Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri
https://525.az/img/pics/medium/2026-01/378719_461ynt2qrd.jpg "Güclü rəqəmsal infrastruktur etibarlı kibermüdafiə sistemi ilə tamamlanmalıdır"
https://525.az/img/pics/medium/2026-07/396937_nuxygiivlc.jpg “525-ci qəzet”in 10 iyul sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-07/396939_fxljydar2b.jpg Aybəniz Həşimova: “Polad Həşimovun övladı olmaq Tanrının lütfüdür” - VİDEO ANONS
search
10 İyul 2026
9 İyul 2026

Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı

Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov bir müddət əvvəl əvəzedici heyətdən əsas komandaya qaytarılan Elvin Cəfərquliyev haqqında danışıb.

525.az xəbər verir ki, müdafiəçi Avropa Liqasının 1-ci təsnifat mərhələsinin "Vestri" ilə Bakıda keçirilən oyununun 65-ci dəqiqəsində meydana daxil olub.

Oyundan sonra keçirilən mətbuat konfransında Q.Qurbanov deyib ki, bəzi görüşlər olandan sonra futbolçu əsas komandaya qaytarılıb: 

"Başqa kluba transferi alınsaydı, təbii ki, etiraz etməyəcəkdik. Ümumiyyətlə isə o, artıq komandaya qayıdıb. Bu barədə çox geniş məlumat verməyə ehtiyac görmürəm. Bəzi görüşlərimiz oldu. İstəmərik ki, istər yerli, istərsə də əcnəbi gənc futbolçumuz futboldan kənarda qalsın. Amma qayda-qanunlar var və hamımız buna əməl etməliyik. Lazım gələndə sərt reaksiyalar da veririk".

Xatırladaq ki, "Qarabağ" sözügedən oyunda "Vestri"yə 3:0 hesabı ilə qalib gəlib.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.