https://525.az/img/pics/medium/2026-07/396815_04p0ywqgmp.jpg Müəlliflə dialoq
https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
search
8 İyul 2026

“Zirə”dən ilk oyunda böyükhesablı qələbə

“Zirə”dən ilk oyunda böyükhesablı qələbə

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçilərindən olan “Zirə” bu gün yarışda mübarizəyə başlayıb.

525.az xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda birinci təsnifat mərhələsində Gürcüstanın “Torpedo” komandası ilə qarşılaşıb. Matç "Zirə"nin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Kutaisi təmsilçisi 2025-ci ildə Gürcüstan yüksək liqasını 3-cü yerdə başa vuraraq  2026/27 mövsümü üçün KL-də oynamaq hüququ qazanıb.

8 iyul

20:00. “Zirə” (Azərbaycan) - “Torpedo” (Kutaisi, Gürcüstan) - 3:0

Qol: Ruan Renato, 32, Davit Volkov, 47, Ruan Renato, 63-pen.

Baş hakim: Yoni Hyuyutiya (Finlandiya)

Qeyd edək ki, bu komandalar arasında cavab matçı iyulun 16-da Kutaisidə keçiriləcək.

Xatırladaq ki, Azərbaycanın KL-dəki digər təmsilçisi “Neftçi” isə yarışa ikinci təsnifat mərhələsindən başlayacaq.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.