|
|
|
|

“Avropada ən böyük quru qoşunlara sahib ölkə olaraq, ehtiyac yarandığında imkanlarımızı NATO-ya təqdim etməyə hazırıq”.
525.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən NATO-nun liderlər sammitində deyib.
O bildirib ki, Türkiyə alyansın Kosovo, Qara dəniz, Baltikyanı ölkələr və digər coğrafiyalardakı əməliyyatlarına, missiyalarına və təlimlərinə töhfə verən əsas müttəfiqlərdən biridir.
“PUA və SİHA-lardan real döyüş meydanlarında uğurla istifadə edən bir müttəfiq kimi yaratmağı planlaşdırdığımız Pilotsuz Sistemlərə Qarşı Mübarizə Mükəmməllik Mərkəzinin NATO tərəfindən akkreditasiyadan keçirilməsini arzulayırıq. Hesab edirəm ki, bu mərkəz xüsusilə hava və dəniz dronlarından qaynaqlanan təhdidlərə qarşı cavabvermə imkanlarımızın gücləndirilməsinə töhfə verəcək”, - Ərdoğan bildirib.
Pərvanə Sultanova



