
“F-35 məsələsi bizim üçün yeni deyil, bunu əvvəllər Amerika ilə müzakirə etmişik və 5 qırıcı üçün vəd almışıq”.
525.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada ABŞ prezidenti Donald Trampla görüşdə deyib.
“İnanıram ki, bu liderlər zirvəsində F-35-lə bağlı müsbət bir qərar çıxacaq. Bilirəm ki, əvvəllər F-35 ilə bağlı aldığımız vədi həyata keçirmək mümkün olacaq. Cənab Tramp həmişə sözünə sadiqdir", - Ərdoğan qeyd edib.
Qəzza məsələsinə toxunaraq deyib ki, bölgədə sülhü təmin etmək üçün bu liderlər zirvəsinə böyük əhəmiyyət veririk.
“Görüşdə Rusiya və Ukrayna arasındakı inkişafları da müzakirə edib, buna uyğun addımlarımızı atacağıq. NATO-nun iki vacib ölkəsi olaraq, həmrəylik içində liderlər zirvəsindən güclü bir şəkildə çıxmağı təmin edəcəyik və inanırıq ki, bunda uğur qazanacağıq", - Ərdoğan bildirib.
Pərvanə Sultanova



