
Nigeriyanın Kaduna ştatının Birnin-Qvari bölgəsində silahlı dəstə üzvləri tarlalarda işləyən fermerlərə hücum ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, hücumda 9 nəfər həlak olub, bir çox fermer qaçırılıb.
Bölgədəki polis rəsmiləri təhlükəsizlik qüvvələrinin əraziyə yerləşdirildiyini və qaçırılanların tapılması üçün çalışmaların başlandığını bildiriblər.
Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif yerlərində silahlı dəstələrin, eləcə də “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISVAP kimi terror təşkilatlarının hücumları ilə üzləşir.
İbrahim Cəfərov



