
24 iyunda Venesuelada baş verən zəlzələlərdə həyatını itirənlərin sayı 3342-yə, yaralıların sayı isə 16740-a çatıb.
525.az xəbər verir ki, bu barədə Venesuelanın Rabitə və İnformasiya Nazirliyi məlumat yayıb.
Bildirib ki, indiyə qədər 6462 nəfər xilas edilib, zəlzələlər 856 binaya zərər vurub, 190 bina isə tam uçub.
Bundan başqa, 86794 ailəyə yardım göstərilib, 17345 nəfər hələ də evsiz qalıb, zəlzələdən zərər çəkən bölgələrə 4088 beynəlxalq xilasetmə işçisi, 29567 yerli işçi və 27482 könüllü cəlb edilib.
Həmçinin indiyə qədər 23820 zəlzələ qurbanı tibbi yardım alıb.
Bundan əlavə, iyunun 24-dən etibarən 995 təkrar təkan baş verdiyi açıqlanıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə aralığında 7.2 və 7.5 bal gücündə zəlzələ baş verib.
İbrahim Cəfərov



