|
|
|
|

"Turnirin gedişində komandanın oyununda artım müşahidə olunub, Norveçə qarşı isə yaxşı çıxış etdi".
525.az xarici KİV-ə istinadən xəbər veriri ki, bu fikir Braziliya Futbol Federasiyasının prezidenti Rodriqo Kaetanoya məxsusdur.
R.Kaetano jurnalistlərin suallarını cavablandırarkən Braziliya millisinin baş məşqçisi Karlo Ancelottinin gələcək taleyinə aydınlıq gətirib: "Karlo Ançelotti ilə müqavilə 2030-cu ilə kimi nəzərdə tutulub və biz üzərimizə düşən öhdəliyi yerinə yetirmək niyyətindəyik".
Qeyd edək ki, Braziliya millisi bu gecə dünya çempionatının 1/8 finalında Norveç millisinə 1:2 hesabı ilə məğlub olub və turnirlə vidalaşıb.
L.Tağıyeva



