
Paytaxt Kolombo yaxınlığındakı Neqombo şəhərciyi yaxınlığındakı həbsxanada dustaqlar arasında kütləvi dava-dalaş baş verib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, nəticədə 25 nəfər öldürülüb, 100-dən çox məhbus yaralanıb.
Hazırda ölənlərin şəxsiyyəti müəyyənləşdirilir. Onların 4-ü mühafizə xidmətinin əməkdaşıdır. Yerli hakimiyyət orqanları həbsxanada asayişi bərpa etmək üçün hərbçilərdən istifadə edir.
Qeyd edək ki, iğtişaşın hansı səbəbdən baş verdiyi bəlli deyil.
L.Tağıyeva



