
Çinin Guangxi bölgəsində Maysak tropik fırtınasından təsirlənən bəndin iki hissəsi uçub.
525.az “South China Morning Post”a istinadən xəbər verir ki, ərazidən 300-dən çox insan təxliyə edilib və bölgədə fövqəladə vəziyyət elan edilib.
Sosial mediada paylaşılan görüntülərdə kənd təsərrüfatı torpaqları və telefon dirəklərinin daşqın suları altında qaldığı görünür.
İbrahim Cəfərov



