https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
https://525.az/img/pics/medium/2026-07/396519_ofgrkfw4gb.jpg Müəllimlərin işə qəbulu müsabiqəsinin ödəniş sistemi aktivləşib
https://525.az/img/pics/medium/2026-07/396486_ec5u3903ar.jpg Hörmüz boğazı: qlobal “neft damarı”nda ABŞ-İran qarşıdurması
https://525.az/img/pics/medium/2026-07/396483_jlhv3bi9t4.jpg Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr yeni müstəvidə
search
7 İyul 2026
6 İyul 2026

"Neftçi" Serbiya klubuna uduzdu

"Neftçi" Serbiya klubuna uduzdu

"Neftçi" Sloveniyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.

525.az xəbər verir ki, Yuri Vernidubun komandası Serbiya "Partizan"ı ilə üz-üzə gəlib. Bakı vaxtı ilə saat 20:00-da start götürən matç rəqibin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 

Ormoj stadionunda baş tutan görüşdə yeganə qolu 47-ci dəqiqədə Erik Kojzek vurub. Matçın 57-ci dəqiqəsində Bassala Sambu ilə rəqib futbolçu Stefan Miliç əlbəyaxa olduqları üçün hər ikisinə qırmızı vərəqə göstərilib və onları komanda yoldaşları əvəzləyib.

Qeyd edək ki,“ağ-qaralar” ayın 10-da “Radniçki Niş” (Serbiya), 13-də isə “Osiyek” (Xorvatiya) klubları ilə üz-üzə gələcək. Moravske Toplitse şəhərindəki “Hotel Livada Prestige”də məskunlaşan klub iyulun 14-də toplanışı başa vuraraq Bakıya qayıdacaq.

Xatırladaq ki, paytaxt təmsilçisi ilk yoxlama oyununda Rumıniya "ÇFR Kluj"una 1:2 hesabı ilə uduzub.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.