|
|
|
|

NATO Liderləri Zirvəsi üçün Ankaraya gələn Fransa Prezidenti Emmanuel Makron bu gün erkən saatlarda səhər qaçışına çıxıb.
525.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Fransa lideri qaçışını Seğmenler Parkında edib.
Makron, "Sabahınız xeyir" və "Türkiyəyə xoş gəlmisiniz" deyən jurnalistlərə fransız dilində "Sabahınız xeyir" və "Təşəkkür edirəm" deyə cavab verib. Seğmenler Parkı Makronun qaçışı səbəbindən müvəqqəti olaraq bağlanıb. Mətbuat nümayəndələrinin də parka girişinə icazə verilməyin. Geniş təhlükəsizlik tədbirləri altında Makron təxminən bir saat davam edən səhər qaçışını tamamlayıb və otelinə qayıdıb.
Emmanuel Makronun bu gün NATO Zirvəsi çərçivəsində rəsmi proqramına qatıldıqdan sonra mətbuat konfransı keçirməsi gözlənilir.
İbrahim Cəfərov









