
Prezident İlham Əliyev İordaniya Kralını Azərbaycana səfərə dəvət edib.
525.az xəbər verir ki, dövlət başçısı bunu İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadini qəbul edərkən deyib.
Prezident İlham Əliyev salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş edib.



