
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,95 ABŞ dolları və ya 2,64 % artaraq 75,66 ABŞ dolları təşkil edib.
Bu barədə 525.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin sentyabr fyuçerslərinin qiyməti 71,87 ABŞ dolları təşkil edib.



