
Qlobal fond bazarlarında ticarət sessiyası son sutkada əsasən mənfi dinamika ilə başa çatıb.
525.az xəbər verir ki, ABŞ və Avropanın aparıcı indekslərinin əksəriyyəti eniş qeydə alıb, Asiya bazarlarında isə qarışıq tendensiya müşahidə olunub.
ABŞ-da Dow Jones indeksi 0,25% azalaraq 52 925,15 bəndə, S&P 500 0,45% enərək 7 503,85 bəndə, Nasdaq Composite isə 1,16% geriləyərək 25 818,69 bəndə düşüb. Bununla yanaşı, Kanadanın S&P/TSX Composite indeksi 0,17% artaraq 35 272,59 bəndə yüksəlib.



