|
|
|
|

"İranla memorandum qüvvəsini itirib, artıq onlarla iş görmək istəmirəm”.
525.az xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp Ankarada keçirilən NATO sammiti çərçivəsində jurnalistlərə deyib.
“Düşünürəm ki, bu iş bitdi. Onsuz da onlarla iş görmək istəmirəm, onlar xəstə, amansız, zorakı insanlardır. Əgər nüvə silahları olsaydı, ondan istifadə edərdilər. Məncə, hər şey bitdi", - Tramp deyib.
Əlavə edib ki, ABŞ danışıqçıları müzakirələr aparacaq: "Hesab edirəm ki, onlarla iş görmək sadəcə vaxt itkisidir, onlar yalançıdırlar”.
Pərvanə Sultanova



