|
|
|
|

Argentina millisinin hücumçusu dünən mundialda antirekorla yadda qalıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, ulduz futbolçu 1/8 final mərhələsində Misir yığması ilə oyunun (3:2) 21-ci dəqiqəsində penaltidən yararlana bilməyib.
Bununla da Messi bir mundialda 2 dəfə oyundan penalti qaçıran ilk futbolçu olub. Qrup mərhələsində Avstriya ilə qarşılaşmada da Messi on bir metrlik cərimə zərbəsindən yararlana bilməmişdi.
Qeyd edək ki, Messi karyerası ərzində 34 dəfə belə fürsəti boşa verib. Onlardan 4-ü mundialların payına düşür.
L.Tağıyeva



