https://525.az/img/pics/medium/2026-07/396786_zadsypaqg2.jpg “Məni axtar darıxanda” - sözün insanı tapdığı gecə
https://525.az/img/pics/medium/2026-07/396776_zypbsjuiey.jpg İki obrazlı labirint
https://525.az/img/pics/medium/2026-07/396734_c8w29n56c1.jpg Tarixi missiyadan “Türk Dünyası Həftəsi”nə
https://525.az/img/pics/medium/2026-07/396495_mmkkg3ltfk.jpg Qayıdış ideologiyasının ziyalı imzası
search
8 İyul 2026

Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

Bakı metrosu "Qarabağ" – "Vestri" oyununa görə gücləndirilmiş rejimdə işləyəcək

UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Qarabağ" Futbol Klubunun iyulun 9-da T.Bəhramov adına Respublika stadionunda "Vestri" (İslandiya) ilə keçirəcəyi ev oyununa görə Bakı Metropoliteninin iş rejimi dəyişdiriləcək.

525.az-a bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Bildirilib ki, oyun ərəfəsində yaxınlıqda yerləşən “Gənclik” stansiyası "Bakı Metropoliteni" QSC-nin kütləvi tədbirlərlə əlaqədar əməliyyat planına uyğun olaraq, gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Qarşılaşmaya maraq, həmçinin sərnişinlərin təhlükəsiz və rahat daşınması nəzərə alınaraq, stansiya əlavə nəzarət mexanizmləri ilə təmin olunacaq. Bu məqsədlə növbətçilik cədvəli tərtib edilməklə köməkçi işçi qüvvəsi cəlb olunacaq. Əsas diqqət sərnişinlərin, xüsusilə matçdan sonra, stansiyada hərəkət istiqamətini rahat müəyyən etməsinə yönəldiləcək, həmçinin, “Nərimanov” və “28 May” stansiyalarında da ehtiyat tədbirləri görüləcək.

Qatarlar gün ərzində yay qrafikinin iş günləri cədvəli əsasında hərəkət edəcək. Zərurət yaranarsa, ehtiyat qatarlar xəttə buraxılacaq. Qarşılaşma başa çatandan sonra qatarların hərəkəti “Gənclik” stansiyasının iş rejimi nəzərə alınmaqla xüsusi qaydada tənzimlənəcək.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.