|
|
|
|

Venesuelada 24 iyunda baş verən iki güclü zəlzələdən sonra ölənlərin sayı 3811-ə çatıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Venesuela Milli Assambleyasının (AN) prezidenti Xorxe Rodrigez paytaxt Karakasda keçirilən mətbuat konfransında deyib.
Rodrigez zəlzələlərdə ölənlərin sayının 126 nəfər artaraq 3811-ə, yaralıların sayının isə 16740-a çatdığını bildirib.
O əlavə edib ki, zəlzələlər səbəbindən 17907 nəfər evsiz qalıb və hazırda Venesuelada 4388 beynəlxalq axtarış və xilasetmə heyəti, silahlı qüvvələr, polis, bələdiyyələr, yanğınsöndürmə idarələri və mülki müdafiə qruplarından ümumilikdə 30076 nəfər işçi çalışır.
Təhsil naziri Hektor Rodrigez Venesuela hökuməti tərəfindən yaradılmış 87 müvəqqəti sığınacaqda ən azı 16686 nəfərin qaldığını açıqlayıb.
Xatırladaq ki, iyunun 24-də Venesuelada 39 saniyə ara ilə 7.2 və 7.5 bal gücündə iki zəlzələ baş verib.
İbrahim Cəfərov



