|
|
|
|

Azərbaycanda qlobal maliyyə sisteminin etibarlılığı, maliyyə sisteminin bütövlüyünün qorunması, maliyyə kəşfiyyatı sahəsində məlumat mübadiləsinin gücləndirilməsi müzakirə olunub.
525.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
O, maliyyə kəşfiyyatı orqanları arasında beynəlxalq əməkdaşlığın inkişafına xidmət edən Eqmont Qrupunun Bakıda keçirilən Plenar İclasında iştirak edib.
Nazir bildirib ki, Azərbaycanın qlobal maliyyə sisteminin etibarlılığını dəstəkləyən təşəbbüslərə sadiqliyi vurğulanıb: "Maliyyə sisteminin bütövlüyünün qorunması, maliyyə kəşfiyyatı sahəsində məlumat mübadiləsinin gücləndirilməsi barədə fikirlərimizi bölüşdük. Rəqəmsal transformasiya şəraitində dövlət-özəl tərəfdaşlığının inkişafının cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin vaxtında aşkarlanmasında və qarşısının alınmasında önəmini qeyd etdik",



