|
|
|
|

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial layihəsi üzrə satışa çıxarılan mənzillərdən son aylarda daha 40-ı satılıb.
525.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Satışı hazırda davam edən, kv.metri bazar qiymətindən xeyli aşağı olmaqla, 435-830 manat aralığında olan mənzillər Bakının Ümid qəsəbəsində, Abşeron və Samux rayonlarında yeni yaşayış komplekslərindədir.
Onların hər biri 3 və 4 otaqlıdır, tam təmirlidir və istifadə olunmayıblar. Çıxarışları olan bu mənzilləri ipoteka krediti ilə də almaq mümkündür.



