|
|
|
|

“Yol zolaqları arasında yaranan səviyyə fərqi yüksək sürətlə hərəkət edən avtomobillər üçün ciddi risk yaradır. İdarəetmənin itirilməsi və yol-nəqliyyat hadisələrinin baş vermə ehtimalını artırır. Belə sahələrdə müvəqqəti nişanlanma və sürət məhdudiyyətləri də mütləq tətbiq edilməlidir”.
Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev bunu 525.az-a bildirib. Ekspertin dediyinə görə, tikinti aparılan yol sahələrində əsas məqsəd yalnız işlərin görülməsi deyil, eyni zamanda həmin müddətdə hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsidir. Bunun üçün beynəlxalq təcrübəyə uyğun olaraq beton New Jersey baryerləri, yanıb-sönən istiqamətləndirici işıqlar, reflektorlu maneə nişanları, mərhələli sürət məhdudiyyətləri və effektiv işıqlandırma tətbiq edilməlidir:
“İnsan həyatı hər bir tikinti layihəsindən daha qiymətlidir. Təhlükəsizlik tədbirləri qəza baş verdikdən sonra deyil, risk yaranmadan əvvəl görülməlidir”.
Sevinc Qarayeva



