|
|
|
|

İpoteka və Kredit Zəmanət Fondu (IKZF) xətti ilə 2026-cı ilin yanvar-iyun aylarında müvəkkil banklar tərəfindən 226,3 milyon manat məbləğində 2242 ipoteka krediti verilib.
525.az bu barədə İKZF-yə istinadən xəbər verir.
Məlumata görə, bu müddətdə 156,1 milyon manat məbləğində 1418 adi ipoteka krediti və 70,2 milyon manat məbləğində 824 güzəştli ipoteka krediti verilib. Ümumilikdə, 2006-cı ildən bəri Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərinin məbləği 3,98 milyard manat olub ki, bu da 59 mindən çox ailənin mənzil şəraitinin yaxşılaşmasına imkan verib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditlərindən faydalanmasını təmin etmək məqsədilə 01 iyul 2026-cı il tarixinə Fond tərəfindən 1571 ipoteka krediti üzrə 149,9 milyon manat məbləğində zəmanət verilib.
Qeyd edək ki, Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 faizini gənclər və gənc ailələr təşkil edib, kreditlərin 22 faizə yaxını isə regionların payına düşüb.



