|
|
|
|

İndoneziyada timsah 25 yaşlı kişini suya çəkərək parçalayıb.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Sumatra adasında, Banyuasin dairəsində baş verib.
Kiçik gəminin təmiri zamanı timsah işçilərdən birini suyun dibinə çəkib. Yoldaşlarının səylərinə baxmayaraq, zavallını xilas etmək mümkün olmayıb. Üstəlik, onun cəsədi də tapılmayıb.
Yerli polis dərhal onun axtarışları istiqamətində genişmiqyaslı əməliyyata başlasa da, nəticəsiz qalıb.
Qeyd edək ki, hesablamalara görə dünyada hər il 1000 civarında insan timsahlar tərəfindən öldürülür. İndoneziyada timsahların insana hücumlarının sayı 120-180 arasında olur ki, bunların da yarıdan çoxu ölümlə nəticələnir.
L.Tağıyeva



