|
|
|
|

Palm-Biç kurort şəhərindəki beynəlxalq hava limanı dünəndən etibarən ABŞ prezidenti Donald Trampın adını daşıyır.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə hava limanının mətbuat xidməti məlumat yayıb.
Məlumatda hava limanının beynəlxalq kodunun avqustda dəyişdiriləcəyi də bildirilir. Başqa sözlə, PBI DJT ilə əvəzlənəcək.
Yeri gəlmişkən, təzə adda limana ilk enən təyyarə ABŞ prezidentinə məxsus "Trump Force One" adlı Boeing-757 olub.
Qeyd edək ki, sözügedən hava limanı il ərzində 8 milyon sərnişinə xidmət edir. Tramp özü Mar-a-Laqodakı iqamətgahına gedərkən bu hava limanından istifadə edir.
L.Tağıyeva



