
Türkiyə hələlik bir neçə NATO ölkəsinin Müdafiə, Təhlükəsizlik və Dayanıqlılıq Bankının (DSRB) yaradılması təşəbbüsündə iştirak etməyəcək.
525.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.
Qeyd edək ki, bununla bağlı qərar alyansın Ankarada keçirilən sammitdə qəbul edilib. Bu qərar Türkiyənin müvafiq qurumları tərəfindən aparılan strateji və texniki qiymətləndirmələrə əsasən qəbul edilib.
Türkiyə hökuməti hələlik bu məlumatla bağlı şərh verməyib.
DSRB-in yaradırlmasında Kanada, Albaniya, Belçika, Yunanıstan, Latviya, Lüksemburq, Rumıniya və Ukraynanın iştirak edəcək.
Maliyyə konsorsiumunun baş ofisi Monrealda yerləşəcək və məqsədi Ukrayna ilə bağlı hərbi layihələrin maliyyələşdirilməsi üçün 134 milyard dollara qədər vəsait cəlb etməkdir.
Pərvanə Sultanova



