https://525.az/img/pics/medium/2026-07/396948_l8osixq9q9.jpg Qoca dünya, qocalan əhali, artan problemlər
https://525.az/img/pics/medium/2026-07/396965_07041m74in.jpg Bu günə çatan, sabaha yönələn səs - Rafael Hüseynov yazır
https://525.az/img/pics/medium/2026-06/394226_54n3ftcuj7.jpg Azərbaycan Liderinə yüksək etimadın bariz nümunəsi
https://525.az/img/pics/medium/2026-07/396968_zjbniutojr.jpg Mundial gəldi gedərdi... -  İlqar Tağıyev yazır
search
10 İyul 2026

Azərbaycan güləşçisi Avropa çempionatının finalında

Azərbaycan güləşçisi Avropa çempionatının finalında

Şimali Makedoniyanın paytaxtı Skopyedə güləş üzrə U-20 Avropa çempionatı davam edir.

525.az xəbər verir ki, beşinci yarış günündə 57, 65, 70, 79 və 97 kq-da yer alan sərbəst güləşçilər mübarizə aparıb.

Azərbaycan təmsilçilərinədn Muhəmməd İsmayılov (57 kq) britaniyalı Dariuş Jovkarla (10:0) moldovalı Georgi Qaydarjiyə (11:0) tam üstünlüklə qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında rusiyalı Maqomed Özdəmirova 2:4 hesabıyla məğlub olan Muhəmməd sabah bürünc medal uğrunda güləşəcək.

Bəşir Verdiyev (65 kq) yunanıstanlı Pavlos Ntiantiadisi tam üstünlüklə (10:0), rusiyalı Səid Gerqokovu isə sonuncu xal prinsipinə əsasən (2:2) yarışdan kənarlaşdırsa da, yarımfinalda ermənistanlı Aren Hayrapetyana minimal fərqlə (5:6) məğlub olub. Bəşir sabah üçüncü yer uğrunda qarşılaşmaya çıxacaq.

Hacı Kərimov (70 kq) bolqarıstanlı Vladislav Seyzovla slovakiyalı Dominik Zavaçkiyə eyni hesabla (10:0) qalib gələrək yarımfinala vəsiqə qazanıb. Həmyerlimiz final yolunda rusiyalı Ramazan Abdulkadırovdan güclü olub – 7:0. Hacı sabah həlledici görüşdə fransalı Bayssanqur Bitmurzayevlə güləşəcək.

Elcan İsmayılzadə (79 kq) təsnifat mərhələsində Maqomed Alibaxarçiyevə 0:4 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün Elcan təsəlliverici görüşdə ispaniyalı David Kodakovla üz-üzə gələcək.

Fərhad Süleymanlı (97 kq) rumıniyalı Balaş Lorinçə 12:5 hesabıyla, almaniyalı Tom Ulametsə isə tam üstünlüklə (11:0) qalib gələrək adını yarımfinala yazdırıb. Milli üzvü finalın bir addımlığında fransalı Asxab Dadayevə (2:4) məğlub olub və ümidini bürünc medala bağlayıb.

Bölmənin digər xəbərləri
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.